canin sevgilsis

Türkiyədə çirkli pulların yuyulması və təhdid iddiaları ilə bağlı istintaq çərçivəsində jurnalist Murat Ağırel və tanınmış iş adamları Emir və Ömer Sarıgül də daxil olmaqla, 6 nəfər barəsində saxlanılma qərarı verilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Türkiyə Respublikası Baş Prokurorluğu iki Almaniya vətəndaşının şikayətləri əsasında naməlum mənbələrdən əldə edilən külli miqdarda pulun həm ölkə daxilində, həm də xaricdə qurulmuş şirkətlər vasitəsilə yuyulduğuna dair iddialar üzrə araşdırma başladıb. Şikayətçilərin ifadələri, təqdim etdikləri audio-videoqeydlərdən əldə edilən digər dəlillərin qiymətləndirilməsindən sonra 6 şübhəli barəsində nəzarət altına alınma qərarı verilib.

Baş Prokurorluğun açıqlamasına görə, şikayətçilər iddia ediblər ki, 80 milyon avro dəyərində müqavilələr hazırlanıb, 100 milyon avro dəyərində pul köçürməsi həyata keçirilib, bir milyard avro məbləğində fondun dövlətin gücü və nüfuzundan istifadə edilərək kreditlər vasitəsilə xaricə köçürülməsi vəd edilib.

Şikayətçilər, həmçinin 1.5 milyon avro dəyərində qayıq satışının həyata keçirildiyini də iddia ediblər. Onlar iddialarla bağlı məlumat və sənədləri jurnalist Murat Ağırelə təqdim etdiklərini, sözügedən sənədlərin müvafiq şəxslərə ötürülməsindən sonra təhdidlərə məruz qaldıqlarını bildiriblər.

Beləliklə, Emir Sarıgül, Ömer Sarıgül, Aylin Kotil, Volkan Aslanbaş, Cavidan Tanrah Artuner və Murat Ağırel haqqında saxlanılma qərarı verilib.

Baş Prokurorluq Emir və Ömer Sarıgüllərin atası, Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırış deputatı Mustafa Sarıgül barəsindəki iddiaların isə ayrıca qiymətləndirilməsi üçün Ankara Baş Prokurorluğuna göndəriləcəyini açıqlayıb. İstintaq davam edir.

Qeyd edək ki, bir müddət əvvəl Emir Sarıgülün türkiyəli məşhur müğənni Sibel Canla sevgili olduğu və hətta evlənəcəklərinə dair xəbərlər yayılmışdı.

Türkiyədə tanınmış şəxslərlə bağlı istintaq: Sibel Canın sevgilisi barəsində də saxlanılma qərarı verildi - Foto Türkiyədə tanınmış şəxslərlə bağlı istintaq: Sibel Canın sevgilisi barəsində də saxlanılma qərarı verildi - Foto

Paylaş: