img 9193 1790658799

Suriyanın şimal-şərqində yerləşən Əl-Cəbsə qaz boru kəmərinə hücum nəticəsində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Hasekə əyalətində, Əl-Şəddadi şəhərindən təxminən 60 kilometr məsafədə qeydə alınıb.

Hazırda aidiyyəti qurumlar hadisənin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.

Paylaş: