ABŞ-ın Şimali Karolina ştatında birnəfər 7 rəqəmini sevməsi və uzun müddətdir bu rəqəmə diqüqət etməsi nəticəsində 1 milyon dollar mükafat qazanıb.
Globalinfo.az xəbər verir ki, Tomas Munoz adlı şəxs “Candor V Mart” mağazasında 10 dollarlıq “Triple Red 777 Jackpot” lotereya biletini gördüyünü və dərhal onu almaq qərarına gəldiyini bildirib.
O, mağazada bileti pozub və 1 milyon dollar qazanıb. “Yeddi mənim rəqəmimdir. Mən 1977-ci ildə, ayın 7-də anadan olmuşam”, – Munoz bildirib.
Tomas Munoz bildirib ki, pulun bir hissəsi ilə yatırım edəcək, qalan hissəsini isə klassik avtomobilləri bərpa etmək hobbisinə xərcləyəcək.
Əliyar Xəlil
Globalinfo.az