stiven uitkoff1345

ABŞ Prezidenti Donald Tramp reytinqlərinin aşağı düşməsi fonunda Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın mümkün əvəzlənməsini müzakirə edir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

Lakin Tramp bu barədə yayılan məlumatları təkzib edib.

Nəşrin məlumatına görə, Uaylsın administrasiyadakı rəqibləri onun ailəsi və yaxın çevrəsi barədə mənfi yazıları Trampın diqqətinə çatdırırlar.

Mənbələrdən birinin sözlərinə görə, 69 yaşlı aparat rəhbəri hələlik prezidentlə vəzifəsində nə qədər qalacağı barədə müzakirə aparmayıb.

“Politico” mümkün namizədlər arasında Uaylsın müavini Stiven Millerin, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun və ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkartinin adlarını çəkib.

Tramp isə Uaylsın istefaya göndəriləcəyi barədə məlumatları təkzib edib.

“Bu, tamamilə yalan xəbərdir. ‘Politico’ faktlara, dürüstlüyə və vicdanlı jurnalistikaya əhəmiyyət vermir. Elə buna görə də onları Ağ Evdən qovdum. Syuzan Uayls mənim sadiq və ən uzun müddət çalışmış aparat rəhbərimdir. O, lap əvvəldən mənimlədir, etibarlı məsləhətçimdir və tam etimadıma malikdir”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Uayls sentyabrın ortalarında onkoloji xəstəliklə bağlı müalicə kursunu uğurla başa vurduğunu açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: