kusner

ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi elçisi Cared Kuşnerin diplomatik fəaliyyətinin qanuniliyinə məhkəmədə etiraz edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media yazıb.

Belə ki, Vaşinqtondakı “Citizens for Responsibility and Ethics in Washington” təşkilatı onun müvafiq prosedurlara əməl etmədən diplomatik səlahiyyətlər həyata keçirdiyini iddia edir. Kuşnerin təyinatla bağlı qanuni tələblər yerinə yetirilənədək prezidentin xüsusi elçisi kimi fəaliyyətinin məhdudlaşdırılması tələb olunur.

CREW nümayəndələri bildirirlər ki, Trampın ikinci prezidentlik müddəti başlayandan sonra Kuşnerə mühüm diplomatik missiyalar həvalə edilib. O, Rusiya-Ukrayna müharibəsi, İranla bağlı məsələlər və digər beynəlxalq mövzular üzrə danışıqlarda ABŞ-ı təmsil edir.

Paylaş: