İran Prezidenti Məsud Pezeşkian oktyabrın 16-da qısamüddətli səfərlə Ermənistana gedəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat yayıb.
Bəqayinin sözlərinə görə, İranın dövlət başçısı BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında (COP17) iştirak edəcək.
Səfər çərçivəsində Pezeşkianın tədbirə qatılacaq bir sıra ölkələrin liderləri ilə görüşləri və müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparması da nəzərdə tutulur.
Safura Bənnayeva
Globalinfo.az