ag ev

Ağ Evin yeni mətbuat katibi Keti Zaxariya vəkillik imtahanından keçə bilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Bildirilib ki, 2011-ci ilin yayında imtahandan uğursuz nəticə əldə etdikdən sonra Zaxariya gələcək həyat yoldaşı ilə birlikdə Çinə köçüb.

“O, Pekində Zhong Lun hüquq firmasının beynəlxalq bölməsində işə başlayıb. Zaxariya burada ABŞ və beynəlxalq şirkətlər üçün milyonlarla dollarlıq sövdələşmələrin hüquqi müşayiəti və müqavilələrin hazırlanması ilə məşğul olub.

Keti Zaxariyanın Ağ Evin mətbuat katibi vəzifəsinə təyin edildiyi barədə oktyabrın 9-da məlumat yayılıb. Bundan əvvəl o, “Truth Social” sosial şəbəkəsini idarə edən “Trump Media and Technology Group” şirkətində kommunikasiya məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Zaxariya bu vəzifədə ikinci övladını dünyaya gətirdiyi üçün postunu tərk edən Kerolayn Levitti əvəz edib. ABŞ Prezidenti Donald Tramp Levitti “əsl lider” və “Ağ Evin ən yaxşı mətbuat katiblərindən biri” adlandırıb”, – deyə qeyd edilib.

Günay Rəsulqızı
Globalinfo.az  

Paylaş: