owl detail 620 19bcf3200480a12523f1941d7a383176

“Bəzi rusiyalı turistlər Gürcüstana buraxılmırlar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Krışa TurDoma” Telegram kanalı məlumat yayıb.

“Bir neçə rusiyalı qadın Yeni il tətilini oğulları və nişanlısı ilə keçirmək üçün Gürcüstana uçublar. Onlara və eyni reysdən olan digər dörd sərnişinə ölkəyə giriş icazəsi verilməyib. Məlum olub ki, onlar Rusiyanın ilhaq etdiyi bölgələrdə – Krım və ya Luqanskda anadan olublar “, – deyə qeyd edilib.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyinin saytında müvafiq kateqoriya vətəndaşların giriş qadağaları barədə heç bir məlumat yoxdur. Lakin son vaxtlar mediada bu cür hallar barədə məlumatlar müntəzəm dərc olunur.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: