“Real Madrid” klubunun hücumçusu, braziliyalı Vinisius Junior İspaniya La Liqasında 4 oyunluq diskvalifikasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb.
26 yaşlı braziliyalı futbolçu oktyabrın 10-da İspaniya çempionatının 8-ci turu çərçivəsində “Vilyarreal”a qarşı keçirilən oyunda (1:0) qarşılaşmanın 72-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. Qolla nəticələnən hücum zamanı Vinisiusun rəqibin saçından çəkdiyi müəyyən edilib. VAR müdaxiləsindən sonra qol ləğv olunub, braziliyalı hücumçuya isə birbaşa qırmızı vərəqə göstərilib.
Cəza səbəbindən Vinisius “Sevilya” (18 oktyabr), “Barselona” (25 oktyabr), “Rasinq Santander” (1 noyabr) və “Valensiya” (8 noyabr) ilə keçiriləcək vacib qarşılaşmaları buraxmalı olacaq. O, yalnız 13-cü turda – noyabrın 22-də “Selta”ya qarşı matçda meydana çıxa biləcək.
Cari La Liqa mövsümündə Vinisius 8 oyunda meydana çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib.