Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniya Kralı III Çarlzla görüşüb. Ukrayna lideri Kiyevə göstərilən dəstəyə görə krala təşəkkür edib.
Globalinfo.az xəbər verir ku, bu barədə Zelenski sosial şəbəkə hesablarında məlumat verib.
“Ukraynaya göstərilən sarsılmaz dəstəyə görə şəxsən təşəkkür etmək imkanının mənim üçün böyük əhəmiyyəti var. Böyük Britaniyanın göstərdiyi bütün yardımı yüksək qiymətləndiririk”, – deyə Zelenski yazıb.
Qeyd edək ki, III Çarlz Ukrayna Prezidenti ilə sonuncu dəfə bu ilin mart ayında Londonda görüşüb.
Əliyar Xəlil