“İranla bağlı hərbi əməliyyatlar zamanı həddindən artıq irəli getmiş ola bilərik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Vaşinqton hazırda qarşı tərəfdə kimin olduğunu anlamaqda çətinlik çəkir.
“Bəlkə də liderlərlə bağlı həddimizi aşdıq, çünki artıq kiminlə üz-üzə olduğumuzu anlamırıq”, – deyə ABŞ Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, heç kim İran prezidenti olmaq istəməz, çünki bu vəzifə çox təhlükəlidir.
Xatırladaq ki, İranla hərbi münaqişənin ilk həftələrində ABŞ və İsrailin zərbələri nəticəsində bir sıra yüksək vəzifəli İran rəsmiləri, o cümlədən ölkənin Ali Rəhbəri Əli Xamenei öldürülüb.
Əliyar Xəlil