South View scaled

ABŞ Prezidenti Donald Tramp ölkənin Yunanıstandakı səfiri Kimberli Qilfoyldan istefa verməsini istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Keyti Zakaria brifinq zamanı məlumat verib.

Qeyd edək ki, Qilfoyl 2025-ci ildə səfir vəzifəsinə təsdiqlənməzdən əvvəl onun Trampın tərəfdarı və maliyyə dəstəkçisi Erik Detersdən şəxsi “American Express” borcunun ödənilməsi üçün 100 min dollar istədiyi iddia olunur. Məlumatlara əsasən, bunun müqabilində Detersə Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşmək imkanı vəd edilib. Deters isə pulu ödəmədiyini bildirib.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, Qilfoyl qapalı görüşlərin birində ABŞ-ın istədiyi təqdirdə Yunanıstanda da hökuməti dəyişdirə biləcəyini söyləyib. Bu açıqlamanın Yunanıstan müxalifətinin etirazına səbəb olduğu bildirilir.

Paylaş: