Rusiya Prezidenti Vladimir Putin Donbasın hazırda Ukraynanın nəzarətində olan qalan ərazilərini əldə etdikdən sonra sülh danışıqlarına qayıdacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlə yaxın mənbəyə istinadən “Reuters” yazıb.
Nəşrin məlumatına görə, söhbət Donbas ərazisinin 11 faizindən gedir.
Kreml rəhbəri həmin əraziləri əldə edərək ölkə daxilində bunu “qələbə kimi təqdim etmək” istəyir.
Qeyd olunur ki, Ukrayna Rusiyaya daha heç bir ərazini verməyəcəyini bəyan edib. Bununla belə, hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması sülh sazişi üçün əsas ola bilər.
Leyla Əlisoy
Globalinfo.az