“Starlink” yerüstü şlüz stansiyasının yandırılmasında şübhəli bilinən iki Türkiyə vətəndaşı Almaniyada saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsində məlumat yayıb.
Tusk bildirib ki, Polşanın xüsusi xidmət orqanlarının tapşırığı əsasında Almaniya polisi Mazoviya bölgəsində “Starlink” şlüzünün yandırılması ilə əlaqədar iki Türkiyə vətəndaşını saxlayıb.
Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, Avropa regionuna, o cümlədən Ukraynaya peyk rabitəsi xidməti göstərən “Starlink” sisteminin yerüstü şlüz stansiyasında yanğın sentyabrın 23-dən 24-nə keçən gecə Varşava yaxınlığındakı Volya-Krobovska yaşayış məntəqəsində baş verib.