almanyadan ukrayna cikisi merz savasin nasil bitecegini acikladi 900x506 2

Almaniya kansleri Fridrix Merz Rusiya ilə dizel yanacağı üzrə hər hansı bir razılaşmanın əldə olunmasını istisna edib və ABŞ-ın bu addımını qəbuledilməz adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Merz Almaniya və Avropanın ABŞ-ın ardınca belə bir saziş imzalamayacağını qəti şəkildə bildirib. Kansler qeyd edib ki, Almaniya və Avropa üçün bu cür qərarlar qəbuledilməzdir:

Ğ”Rusiya yalnız təzyiq altında ciddi danışıqlar aparacaq, buna görə də biz ona qarşı sanksiyalarımıza sadiq qalırıq”.

Almaniya hökumət başçısı eyni zamanda Ukraynanı və Prezident Volodimir Zelenskinin administrasiyasını dəstəklədiklərini bəyan edib. O, Kiyevin həm Berlindən, həm də bütün Avropa İttifaqından gələcəkdə də dəstək alacağını vurğulayıb:

“Ukraynanın azadlığını və Avropanın təhlükəsizliyini təmin edəcək ədalətli və davamlı sülhün əldə olunması üçün biz Ukraynanı dəstəkləyirik və Avropa İttifaqı çərçivəsində birgə işləyəcəyik”, – Merz vyrğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: