PKK terror təşkilatı İraqın şimalındakı Metina bölgəsində yerləşən dörd sığınacağını boşaldıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Məlumata əsasən, milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi, həmçinin təhlükəsizlik baxımından münaqişə riski yaradan sığınacaqların boşaldılması istiqamətində aparılan tədbirlər çərçivəsində PKK/KCK oktyabrın 8-dən başlayaraq Hebat, Yajk, Sabri və Sason sığınacaqlarını tərk edib.