
İsrailin müdafiə naziri İsrail Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı HƏMAS-a dəstək göstərməkdə və Türkiyə ərazisindən İsrailə, eləcə də regionun digər müsəlman ölkələrinə qarşı terror fəaliyyətlərinə şərait yaratmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, Katz bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
O, Ərdoğanı HƏMAS üzvlərini qəbul etməkdə günahlandıraraq, təşkilatın Qəzzadakı rəhbərlərinin zərərsizləşdirildiyini iddia edib.
İsrailli nazir növbəti hədəfin HƏMAS liderlərindən Xəlil əl-Həyya olacağını bildirib.
Katz onun da İsmayıl Haniyə və tərəfdarları ilə eyni aqibəti yaşayacağını yazıb.
Safura Bənnayeva
Globalinfo.az