kushner uitkoff

ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerin oktyabrın ikinci yarısında Rusiyaya səfər edə biləcəyi bildirilir.

Globalinfo.az bildirir ki, bu barədə “Axios” və “TASS” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, səfərin yaxın iki həftə ərzində baş tutması mümkündür. Bununla belə, səfərin dəqiq tarixi və detalları hələ razılaşdırılmayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

“Financial Times”ın məlumatına görə, Ukrayna nümayəndə heyəti Vaşinqtonla Moskva arasında dizel yanacağı ilə bağlı əldə olunan razılaşma səbəbindən səfərinin müddətini qısaldıb.

Danışıqların ilkin plana əsasən oktyabrın 10-da da davam etməsi nəzərdə tutulurdu.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: