0a411a5afc5824094e76d46b6f3606d7

Tanınmış müğənni Sami Yusuf Qarabağa həsr olunan “Qarabağımsan” adlı musiqi əsərini yayımlayıb.

Globalinfo.az xəbər verir ki, sənətçi yeni əsərlə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Sami Yusuf bildirib ki, kompozisiya beş il əvvəl, COVID-19 pandemiyası zamanı ərsəyə gəlib. Onun sözlərinə görə, əsər Qarabağ sakinlərinə və bu diyara ünvanlanan sevgi məktubu, musiqi vasitəsilə ifadə olunan bir nəğmədir.

Müğənni əsərin hazırlanma prosesi barədə də məlumat verib. O qeyd edib ki, musiqiçilər və xor ifaçıları öz ifalarını müxtəlif günlərdə və gecələrdə lentə alıblar. İfaçılardan bir qismini Dövlət Filarmoniyasının üzvləri, digər qismini isə Azərbaycan ənənəvi musiqi alətləri üzrə tanınmış ifaçılar təşkil edib.

Sami Yusuf layihənin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, xüsusilə də təşəbbüsün əsas təşkilatçılarından biri olan professor Sevda Məmmədəliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, “Qarabağımsan” əsərinin sözləri Aytən İsmixanovaya məxsusdur.

Paylaş: