AA1Xo5Gv

İranın Hörmüz boğazının hüdudlarından kənarda, Fars və Oman körfəzlərində kommersiya gəmilərinə qarşı hücumları artırdığı barədə məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Nəşrin məlumatında qeyd olunur ki, Qətər sahilləri yaxınlığında “Acers” tankeri, Birləşmiş Ərəb Əmirliklərinin sahil sularında isə “Gem No. 2” supertankeri hücuma məruz qalıb. Hadisələr nəticəsində gəmilərdə yanğınların baş verdiyi və xəsarət alanların olduğu bildirilir.

Qəzetin yazdığına görə, hücumlar İranın strateji əhəmiyyətli dəniz yolunda nəzarətini artırmağa və region dövlətlərinin neft ixracını məhdudlaşdırmağa çalışdığı bir dövrə təsadüf edir.

Paylaş: