Çeçenistan rəhbəri Ramzan Kadırov qızı Təbərik Kadırovaya respublikanın ən yüksək dövlət mükafatı hesab olunan Kadırov ordenini verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qafqaz.Realii” xəbər yayıb.

Bildirilib ki, Təbərik Kadırova Çeçenistanın ilk prezidenti, babası Əhməd Kadırovun fəaliyyətinə verdiyi şəxsi töhfəyə, həmçinin işində vicdanlı və nöqsansız fəaliyyətinə görə mükafatlandırılıb.

Meriyanın açıqlamasında o, sahibkarlığın və region iqtisadiyyatının inkişafında fəallığı ilə seçilən, məsuliyyətli və perspektivləri düzgün qiymətləndirən rəhbər kimi xarakterizə olunub.

2024-cü ildə də Təbərik Kadırova sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinin artırılmasına verdiyi töhfəyə görə “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

Paylaş: