p

“Litva hərbçilərinin Kalininqrad vilayəti ilə sərhədə göndərilməsi ehtiyat tədbiridir”.

Globalinfo.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

“Qərar hamı ilə razılaşdırılıb. Düşünürəm ki, ən yaxşı siyasət əvvəlcədən hazırlaşmaq, hətta mümkün risklərə qarşı əlavə tədbirlər görməkdir. Bir hadisə baş verəndən sonra “Görünür, burada nəsə qaydasında getmədi” deməkdənsə, əvvəlcədən hazır olmaq daha yaxşıdır”, – deyə o bildirib.

Prezident qeyd edib ki, son vaxtlar Avropa İttifaqı (Aİ) və NATO ölkələrində hibrid əməliyyatların aktivləşməsi müşahidə olunur.

O, Litvaya mülki geyimdə olan agentlərin və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının daxil ola biləcəyini də istisna etməyib.

Qeyd edək ki, oktyabrın 7-də Litvanın daxili işlər naziri Martinas Katelinas ölkənin Kalininqrad vilayəti ilə sərhədin mühafizəsini gücləndirmək üçün silahlı qüvvələri cəlb etdiyini açıqlayıb.

Litva sakinləri qoşunların Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə göndərilməsinə etiraz ediblər.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: