17117314571071

Ermənistanda Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan seçki kampaniyasına mane olmaqda təqsirli biliniblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qərar Armavir vilayətinin birinci instansiya məhkəməsində hakim Gevork Manukyan tərəfindən elan edilib.

Məhkəmənin təyin etdiyi cəza isə hələ açıqlanmayıb. İş üzrə növbəti dinləmə oktyabrın 15-də keçiriləcək.

Paylaş: