spiridon kilinkarov

“Ukraynanın qarşısında ya Avropaya, ya da Rusiyaya inteqrasiya etmək variantı qala bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kilinkarov deyib.

Kilinkarov bildirib ki, ölkənin bundan sonra tam müstəqil dövlət kimi mövcudluğunu davam etdirməsi mümkün deyil:

“Ukrayna suverenlik və müstəqilliyini qorumaq üçün tarixi fürsəti artıq itirib. 1991-ci ildə Ukraynaya verilən suverenlik imkanları sonrakı proseslər nəticəsində aradan qalxıb. Ukraynanın hazırkı vəziyyətindən sonra onun müstəqil dövlət statusunu əvvəlki formada qoruması mümkün görünmür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: