Marko Rubio


ABŞ dövlət katibi Marko Rubio Qərb ölkələrini öz tarixlərinə görə günahkarlıq hissindən çəkinməyə, milli qüruru bərpa etməyə və maraqlarını daha fəal müdafiəyə çağırıb.

Globalinfo.az-ın xəbərinə görə, Afinada çıxış edən Rubio bildirib ki, Qərb “dönüş nöqtəsindədir” və Avropa ölkələri təhlükəsizlik məsələsində daha çox məsuliyyət daşımalıdır.

Onun sözlərinə görə, Qərb sənayeni gücləndirməli, müdafiə imkanlarını artırmalı, texnoloji liderliyini qorumalı və strateji təchizat zəncirlərini müdafiə etməlidir.

Rubio Avropadakı müttəfiqlərini “uzun yuxudan oyanmağa” və ABŞ-la əməkdaşlığı yeniləməyə çağırıb.

“Qarşıdakı onillik növbəti əsrin tarixini yazacaq”, – deyə ABŞ dövlət katibi vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: