1021461 src


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına inteqrasiya prosesində öz yolunu seçdiyini deyib.

Globalinfo.az xəbər verir ki, Kobaxidze Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Gürcüstanın yalnız kağız üzərində namizəd ölkə olduğu və Moldova ilə Ukrayna səviyyəsinə çatmasını istədiyi barədə açıqlamasına münasibət bildirib.

Baş nazir Avropa Parlamentinin mövqeyini tənqid edərək deyib ki, Gürcüstan yalnız mənfi göstəricilərdə Moldova və Ukraynadan geri qala bilər.

“Bizim öz yolumuz var. Bu yol sülh və iqtisadi inkişaf yoludur. Biz mütləq bu yolda davam edəcəyik”, – Kobaxidze vurğulayıb.

O, həmçinin Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya sazişi çərçivəsində öhdəliklərinin 90 faizini yerinə yetirdiyini deyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan Ukrayna, Moldova və digər namizəd ölkələrdən min addım öndədir.

Baş nazir vurğulayıb ki, Gürcüstan Avropaya inteqrasiya istiqamətində siyasi iradəsini ortaya qoruyur və Avropa Komissiyasının Tbilisiyə “ədalətli və sağlam yanaşması” halında bu prosesin maneəsiz davam edəcəyini düşünür.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: