vens 3 900x600 2

“ABŞ-ın tələblərinin yerinə yetirilməsi və Yaxın Şərqdəki münaqişənin başa çatması üçün İran uranın zənginləşdirilməsi imkanlarını azaltmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens deyib.

“Düşünürəm ki, əgər İran hakimiyyəti nüvə silahı yaratmaqdan imtina etməyə hazır olduqlarını göstərmək istəyirlərsə, o zaman uranın zənginləşdirilməsi imkanları ilə bağlı real addımlar atmalıdırlar”, – deyə o bildirib.

Vens qeyd edib ki, Vaşinqton Tehranla razılaşma imzalamağa hazırdır, lakin nüvə məsələsi ilə bağlı konkret güzəştlər tələb edir.

ABŞ rəsmisinin sözlərinə görə, vəziyyəti çətinləşdirən məqamlardan biri Vaşinqtonun Tehranda qərarların kimin tərəfindən qəbul edildiyinə əmin olmamasıdır.

O bildirib ki, ABŞ İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparır:

“Lakin bu şəxslərin hakimiyyət strukturlarında təsirinin nə qədər böyük olduğu aydın deyil”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: