ehmed 111

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifov ötən gün Prezident İlham Əliyevlə görüşü barədə paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, instaqram hesabında bu sözləri yazıb:

“Cənab Prezident, məni qəbul etdiyiniz, dünya çempionluğum münasibətilə təbrik etdiyiniz və dəyərli sözlərinizlə mənə əlavə ruh verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.

Doğma Bakıda, öz azarkeşlərimizin qarşısında Azərbaycanın bayrağını yüksəltmək və dünya çempionu olmaq mənim üçün böyük qürurdur. Bu uğur həm də ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və dəstəyin nəticəsidir.

Etimadınızı doğrultmaq, qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Diqqətiniz və dəstəyiniz üçün bir daha təşəkkür edirəm, cənab Prezident!”

SaveClip.App 834499835 18642236809039944 5232040371028752302 n
SaveClip.App 832962997 18642236800039944 5442031044455425665 n
gggffg
SaveClip.App 835529754 18642236821039944 9168879293835464047 n
SaveClip.App 834386694 18642236782039944 8605712209753679552 n

Paylaş: