İraq hökuməti anti-İran qruplaşmaları öz ərazisindən çıxarmaq barədə öhdəlik götürüb.
Globalinfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqeri deyib.
Onun sözlərinə görə, İran öz daxilində separatçılığı yaymaq istəyən qruplara, xüsusilə İraq Kürd Muxtar Bölgəsində aktivlik nümayiş etdirən təşkilatlara zərbə endirib.
Baqeri həmçinin İrandakı etirazların düşmənlərin əməli olduğunu qeyd edib.
O, bəzi amerikalı siyasətçilərin ABŞ-ın qlobal dominantlığının sonu və İsrailin çöküşü, eləcə də İranın güclənəcəyi barədə proqnozlar verdiklərini söyləyib.
İlkin Həsənov
Globalinfo.az