Bu gün Türkiyədə dörd dəfə zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
“İlk yeraltı təkanlar Muğlada 4,8 bal gücündə qeydə alınıb. Həmçinin Adana vilayətinin Saimbeyli rayonunda ard-arda 4,9 və 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Osmaniyə vilayətində isə 5,2 bal gücündə zəlzələ baş verib”, – deyə bildirilib.
Türkiyənin Adana vilayətində zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, AFAD-ın məlumatına əsasən, yeraltı təkanların episentri Saimbeyli rayonu olub. Zəlzələ saat 14:19-da qeydə alınıb.
Maqnitudası 4,8 olan zəlzələnin ocağı 7,99 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin bölgədə hiss edildiyi bildirilib.
Əliyar Xəlil
Globalinfo.az