mirzoyan yeni

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrana rəsmi səfər edib.

Globalinfo.az xəbər verir ki, səfərin 4–5 oktyabr tarixlərində baş tutacağı və Tehranla İrəvan arasında davam edən məsləhətləşmələr çərçivəsində həyata keçirildiyi bildirilib.

Səfər zamanı Mirzoyanın İranın xarici işlər naziri Abbas Əraqçi və ölkənin yüksəkvəzifəli şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərin əsas gündəliyində Ermənistan-İran münasibətləri, regional əməkdaşlıq, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərinin yer alacağı gözlənilir.

İran tərəfi səfərin ikitərəfli əlaqələrin genişləndirilməsi və regional sülhün gücləndirilməsi məqsədi daşıdığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: