“Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri “Fənərbağça” komandasının baş məşqçisi İsmail Kartal “Turan Tovuz“la yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas olan hər iki komanda arasında əlaqələrin möhkəmlənməsidir:
“Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Qardaşlıq əlaqələrimizi daha da gücləndirmək üçün “Turan Tovuz” klubu bizi Azərbaycana dəvət etdi. Dəvəti məmnuniyyətlə qəbul edərək buraya gəldik. Mükəmməl ab-hava var idi. Hamıya təşəkkür edirəm”.