Səudiyyə Ərəbistanı “Flydubai” hadisəsi ilə bağlı İsrailin tələb etdiyi bütün məlumatları paylaşmır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” İsrail mənbələrinə istinadən yazıb.
Məqalədə qeyd olunur ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) polisi ilə birgə ilkin araşdırma elan edib.
Bu arada İsrail kəşfiyyat orqanları da öz araşdırmalarına başlayıb.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarə qısa müddətlik fövqəladə vəziyyət siqnalı verib. Daha sonra isə təyyarənin qaçırıldığını bildirmək üçün istifadə olunan kod göndərilib. İlkin məlumata görə, ikinci pilot kapitana bıçaqla xəsarət yetirib, daha sonra isə təyyarəni qəzaya uğratmağa cəhd edib.
Hadisə nəticəsində yaralanan şəxs Hindistan vətəndaşı olub. Hücum edən şəxsi reysdəki sərnişinlər zərərsizləşdirməyə kömək ediblər. Təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə təcili eniş edib. Axşam saatlarında isə sərnişinlər xilasedici təyyarə ilə Təl-Əvivə aparılıb.
Əliyar Xəlil
Globalinfo.az