cim

Amerikalı aktyor Cim Kerri 34 yaşlı sevgilisi, rəssam Min Ha ilə gizli şəkildə evlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

Bildirilib ki, toy mərasimi Fransada keçirilən “Sezar” mükafatlandırma mərasimindən yeddi ay sonra baş tutub.

“People” yazır ki, Kerri və Min Ha artıq bir neçə ildir münasibətdədir.

Onlar ilk dəfə 2022-ci ildə Los-Ancelesdə keçirilən xeyriyyə məqsədli komediya tədbirində birlikdə görüntüləniblər.

Qeyd edək ki, Kerri daha əvvəl iki dəfə evli olub. Onun Melissa Uomer ilə ilk evliliyi 1995-ci ildə başa çatıb. Bir il sonra aktyor həmkarı Loren Holli ilə ailə qurub. Lakin onların evliliyi cəmi 10 ay davam edib.

Kerrinin Melissa Uomerdən 39 yaşlı qızı Ceyn Erin var. O da atasının yolunu davam etdirərək şou-biznes sahəsində çalışır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: