1749843956 2157379010 900x600 1


İsrail müdafiə naziri İsrael Katz “Flydubai” təyyarəsində baş verən insidentin cihadçıların törətməyə çalışdığı terror aktı olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal 12” telekanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, hücumun qarşısı bir neçə israilli sərnişinin cəsarətli müdaxiləsi nəticəsində alınıb. Onlar pilot kabinəsinə daxil olaraq hücumçunu zərərsizləşdirib və təyyarənin idarəetməsini orada olan digər pilot heyətinə qaytarıblar.

Katz bildirib ki, ilkin məlumata görə, hücumçunun məqsədi təyyarəni bütün sərnişinlərlə birlikdə qəzaya uğratmaq olub.

İsrail Xarici İşlər Nazirliyi də sərnişinlərin, ikinci pilotun və ekipaj üzvlərinin cəsarətini yüksək qiymətləndirib. Nazirlik onların müdaxiləsinin mümkün faciənin qarşısını aldığını açıqlayıb.

Qurum insidenti həmçinin “İbrahim razılaşmaları” çərçivəsində İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərə zərbə vurmaq cəhdi kimi qiymətləndirib.

Qeyd edək ki, insidentdən sonra İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik xidmətlərinə mümkün yeni təhdidlərə hazırlaşmağı tapşırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: