9fVqq83beNCNt2xSVTuPTYM8mPhUWkTLkJ2YmsCg 1200 1

Xalq artisti Mənsum İbrahimov bu gün ölüm ildönümü olan mərhum Əməkdar artist Cabir İmanovla bağlı xatirələrini bölüşüb.

Globalinfo.az Axşam.az-a istinadla xəbər verir ki, xanəndə bu barədə “Xəzər axşamı” verilişinə müsahibəsində danışıb:

“Bir dəfə mənə dedi ki, muğamla öz mahnılarını sintez etmək istəyir. Sonradan bildim ki, o, həm də bəstəkardır. Bu, gendən, babasından gəlirdi. Süleyman Ələsgərov Üzeyir Hacıbəylinin davamçısı idi. Çox böyük yumor hissi, gözəl ssenariləri vardı. Həyatsevər, musiqiyə bağlı biri idi. Qarabağla bağlı çox arzuları vardı. Deyirdi ki, “Şuşada Musiqi Mərkəzi açmaq istəyirəm”.

Biz onunla dostluq edirdik, görüşürdük. Mən onun bir neçə layihəsində tələbələrimlə iştirak etmişəm. Babası Süleyman Ələsgərovla bağlı böyük bir layihə, film hazırlayırdılar. Təəssüf ki, sonunu görmək ona qismət olmadı. Düşünürəm ki, onun ortaya qoyduğu işlər həmişə yaşayacaq”.

Qeyd edək ki, Cabir İmanov ötən il sentyabrın 29-da 49 yaşında idman zalında qəfil ürəktutmasından vəfat edib.

Paylaş: