ABŞ-ın vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın iş rejimindən danışıb.
Globalinfo.az xəbər verir ki, Vens Trampın az qala bütün gün işlədiyini deyib.
Qeyd edib ki, Tramp bəzən gecə yarısı belə zəng edib hansısa məsələ barədə danışır.
Vens Prezidentin bir dəfə gecə saat 02:30-da zəng edərək “Yatmırsınız?” deyə soruşduğu bildirib.
“Xeyr, artıq yatmıram. Gəlin, sizi nəyin narahat etdiyini müzakirə edək”, – Vens ona cavabında deyib.
Vitse-prezidentin sözlərinə görə, Tramp günün istənilən vaxtında iş məsələlərini müzakirə edə bilər.