1778445266 putin zelensky 900x675 1

Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirə bilər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zelenskinin sözlərinə görə, uyğun razılaşmalar əldə olunacağı təqdirdə Kiyev belə bir formatı dəstəkləməyə hazırdır.

O bildirib ki, üç ölkənin iştirakı ilə mümkün danışıqlar məsələsi artıq ABŞ tərəfi ilə müzakirə olunub:

“Mayamidə keçiriləcək G20 sammiti müxtəlif nüfuzlu dünya liderlərinin iştirakı sayəsində danışıqlar üçün əlverişli şərait yarada və konkret nəticələrin əldə olunmasına imkan verə bilər”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: