İran İsrailə görə məhkəməyə müraciət edir – Kənani

İran İsrailə görə məhkəməyə müraciət edir - Kənani

İran İsrail rejiminin aqressiv aktına görə məhkəməyə müraciət edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran XİN-in nümayəndəsi Nasir Kənani İsrailin zərbələri nəticəsində SEPAH-ın Suriyada iki zabitinin ölməsi barədə deyib.

O bildirib ki, İran İsrailin Suriyaya hücumu nəticəsində iki SEPAH zabitinin ölməsinə görə İsrailə lazımi vaxt və yerdə cavab vermək hüququnu da özündə saxlayır.

Qeyd edək ki, 31 mart və 2 aprel tarixlərində İsrailin Suriyaya endirdiyi zərbələr nəticəsində SEPAH-ın iki zabiti – Mühdəd Mehqani və Milad Heydərli ölüb.