iran ordu

İran bir sıra sərhəd bölgələrinə sürətli reaksiya qüvvələri və digər hərbi birləşmələr yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Əli Cahanşahi bildirib

O deyib ki, qüvvələrin cəmləşdirilməsi ölkənin şimal-qərb, qərb, cənub-qərb, şərq və şimal-şərq sərhədləri boyunca, həmçinin Makran sahilində həyata keçirilib.

Generalın sözlərinə görə, sərhəd bölgələrində xüsusi təyinatlılar, sürətli reaksiya bölmələri, mexanikləşdirilmiş və artilleriya birlikləri fəaliyyət göstərir. Cahanşahi qeyd edib ki, sözügedən bölmələr zəruri dəstək və təminatla təchiz olunub.

Makran sahili İranın cənubunda, Oman körfəzi və Ərəbistan dənizi boyunca, Pakistan sərhədinə qədər uzanan sahil bölgəsini əhatə edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: