ABŞ Prezidenti Donald Tramp İranla bağlı mühüm qərar verməyə hazırlaşdığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
O, yaxın gələcəkdə İranla bağlı “çox böyük hadisələrin” baş verə biləcəyini deyib.
ABŞ prezidenti İranla bağlı qarşıda üç mümkün variantın olduğunu açıqlayıb. Onun sözlərinə görə, bunlar İranın məhv edilməsi, ölkənin iqtisadi baxımdan “çürüməyə buraxılması” və ya Tehranla razılaşma əldə edilməsidir.
Tramp İran rəhbərliyinə də mesaj göndərərək “Yaxşı olar ki, özlərini düzgün aparsınlar!” deyib.
Tahir Turan
Globalinfo.az