rus

Rusiya Silahlı Qüvvələri sentyabrın 20-nə keçən gecə Ukrayna ərazisinə havadan buraxılan yüksək dəqiqlikli silahlar və hücum dronları ilə qrup halında zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Kiyevdə radioelektronika sənayesi müəssisəsi olan “Radioniks” zavodu, həmçinin “Bi-mobayl” məlumat mərkəzi vurulub.

Qeyd edilib ki, burada kəşfiyyat məlumatları saxlanılır, emal edilir və ötürülürdü.

Mərkəz həmçinin Ukrayna Silahlı Qüvvələrinin maraqları çərçivəsində şəbəkə avadanlıqlarının fəaliyyətini təmin edirdi.

“Radioniks” zavodunda isə Ukraynanın “Flamingo”, “Neptun”, FP-7 və FP-9 raketləri üçün idarəetmə sistemlərinin istehsal edildiyi iddia olunur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: