
“Rusiya Böyük Britaniyanı gərginliyi artıran siyasətdən uzaqlaşmağa çağırıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib ki, Moskva bununla yanaşı, özünümüdafiə hüququndan irəli gələn zəruri tədbirlərə əl atmaq imkanını da istisna etməyib:
“Ukraynada Rusiya ərazisinə zərbələrin endirilməsində istifadə edilən istənilən Britaniya hərbi obyekti qanuni hədəf hesab olunur”.
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Ukraynaya silah və pilotsuz uçuş aparatlarının tədarükünü genişləndirməsinə də etirazını çatdırıb.
Bununla əlaqədar Britaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.
Safura Bənnayeva
Globalinfo.az