***15:28
“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ilə bağlı məqamlardan biri də təhlükəsizliyə nəzarət məsələsidir. Proses çərçivəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq şöbəsinin bu kimi problemlərə nəzarət etməli olduğu haqda müxtəlif iddialar yayılıb.
Lakin FHN-dən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən sahəyə nəzarət qurumun səlahiyyətində deyil.
“Hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur. Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil”, – məlumatda bildirilib.
Ləman İmran
Globalinfo.az