777

ABŞ qüvvələri Xarq adası yaxınlığında İran neft tankerinə raket zərbəsi endirib.

Globalinfo.az xəbər verir ki, “Tasnim” agentliyiməlumat yayıb.

Qeyd olunub ki, tanker adanın lövbər sahəsində ABŞ tərəfindən atılan 4 raketin hədəfi olub. Hadisə zamanı itki olmadığı, tanker heyətinin isə təxliyə edildiyi bildirilir.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 5-də İranın üç neft tankerinin vurulduğunu açıqlayıb. ABŞ tərəfi bu addımın İranın iki ABŞ hərbi gəmisinə ballistik raketlərlə hücumundan sonra atıldığını bildirib. Tankerlərdən biri məhz Xarq adası sahillərində vurulub.

Tahir Turan
Globalinfo.az

Paylaş: