Yazıçı, publisist Vahid Qazi xərçəng xəstəliyindən əziyyət çəkir.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Yazıçı bildirib ki, hazırda “əsrin bəlası” ilə üz-üzədir. O sağalmaq üçün mübarizə aparacağını bildirib.
Qeyd edək ki, Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub.
1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib.
Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib.
2012-ci ildən İsveçdə yaşayır.