1ac49002 1587 4422 8fe7 ab4997ec66ef 1

Tramp marşrutu”nun təməli 2027-ci ilin əvvəlində qoyula bilər.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan “Semafor” portalına müsahibəsində bildirib.

Səfir TRIPP-in irəlilədiyini, bu ilin sonunda layihə üzrə texniki-iqtisadi əsaslandırmanın gözlənildiyini və irəliləyişin gələn ilin əvvəlində mümkün olacağını vurğulayıb.

Diplomatın sözlərinə görə, Ermənistan TRIPP dəhlizinə sadiqliyini vurğulayır, eyni zamanda, Rusiya və İranla əlaqələrini qoruyub saxlamağa çalışır.

Paylaş: