firengiz yasar

Xalq artisti Firəngiz Mütəllimova sosial media hesabında mərhum Xalq artisti Yaşar Nuri ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, aktrisa paylaşdığı fotolara belə şərh verib:

“Yaşar Nuri. 75 yaş. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun, Yaşar. Allah əzizlərini qorusun. Nə gözəl deyirdin həmişə: “Həyat bir kinodur, ən maraqlı yerində bitir”.

Qeyd edək ki, bu gün Yaşar Nurinin 75 illik yubileyidir. O, uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Paylaş: