“Ölkənin dəmir yolu şəbəkəsinin gələcəyi barədə Rusiya ilə fikir ayrılıqları kompromis yolu ilə həll edilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyanın sözlərinə görə, Ermənistanın dəmir yolu infrastrukturu Rusiya tərəfinin konsessiya idarəçiliyində qaldığı müddətdə bəzi potensial tərəfdaşlar bu şəbəkədən istifadə edə bilməyəcəklərini deyirlər:
“Bu, Ermənistan üçün mühüm tarixi fürsətin itirilməsi riski yaradır. Söhbət adi kommersiya razılaşmasından deyil, Ermənistan üçün böyük strateji əhəmiyyət daşıyan imkandan gedir. Rusiyanın maraqlarına hörmət edirik və Moskvanın mənafelərinə zərər vurmaq niyyətində deyilik. Mümkün variantlardan biri konsessiya hüquqlarının həm Ermənistan, həm də Rusiya üçün məqbul olacaq üçüncü ölkəyə, o cümlədən Qazaxıstana ötürülməsidir. Biz elə bir həll tapacağıq ki, həm biz qazanaq, həm də dostlarımızı incitməyək”.
Safura Bənnayeva
Globalinfo.az