zaxarova 0

“Ermənistanla Rusiya arasında münasibətlərin inkişafında gənc nəsil xüsusi rol oynaya bilər”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin potensialı rəsmi sənədlərdə müəyyənləşdirilən çərçivədən daha genişdir:

“Bu, xalqlar arasında əsrlər boyu formalaşmış tarixi bağlar, yaxın mədəni əlaqələr və ortaq ənənəvi dəyərlərlə bağlıdır. Moskva Ermənistanla bağlı digər məsələlərlə yanaşı, ölkə vətəndaşlarının həyatına son qoyan qanlı münaqişələrin (keçmiş Qarabağ münaqişəsi nəzərdə tutulur – red.) həllinə də mühüm töhfə verib”. 

Zaxarova bildirib ki, mövcud tarixi və mədəni əlaqələrdə gənclərin iştirakı münasibətlərin daha da möhkəmləndirilməsinə təsir göstərə bilər.

Qeyd edək ki, M.Zaxarovanın keçmiş Qarabağ münaqişəsindən bəhs edərkən “Ermənistan vətəndaşlarının həyatın soy qoyan münaqişə” deməsi diqqət çəkir. Sözügedən münaqişə sırf Ermənistan Respublikasının işğal siyasəti səbəbindən başlamışdı. Münaqişə müddətində minlərlə azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, soyqırıma məruz qalmışdı, torpaqları işğal edilmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: